SİZİN REKLAM BURADA

Rahid Qurbanovla məsləhətləşəcək: Bu, mənim üçün problemdi

Azərbaycan millisinin yeni kapitanı və “Qarabağ” klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

 

- Milli DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyaya böyük hesabla (1:5) uduzdu. Göstərilən oyun ürəyinizcə oldu?

- Əvvəldən bilirdik ki, qarşılaşma bizim üçün çox çətin keçəcək. Çünki son dünya çempionuna qarşı oynayırdıq. Buna baxmayaraq, seçmə mərhələni yaxşı oyunla bitirmək istəyirdik. Birinci hissədə bizdə hər şey alındı, yaxşı çıxış etdik. Ancaq ikinci hissə fərqli keçdi.

 

- İkinci hissənin fərqli keçməsinin səbəbi nə idi?

- Bilmirəm gücümüz çatmadı, yoxsa Almaniya tempi yüksəltdi. Fasilədən sonra bizdə, demək olar ki, heç nə alınmadı. Doğrudu, rəqib də nəsə etməyə imkan vermədi.

 

- Bəlkə ilk yarıda almanlar imkan verdikləri üçün oynaya bildiniz?

- Belə düşünmürəm. Onlar birinci hissədə də təzyiq edirdilər. 2-3 yaxşı imkanımız da oldu. Topu rəqibin qapısına tərəf daşıya bilirdik. Bəlkə də, ikinci hissədə yorğunluq yarandı. Digər səbəb almanların tempi yüksəltmələri ola bilər.

 

- Rəqib komanda qolları fərdi səhvləriniz ucbatından vururdu. Bu da təzyiqdən qaynaqlanırdı?

- Razıyam ki, qollar səhvlərdən buraxıldı. Almaniya da elə komandadı ki, səhvləri bağışlamır. Elə rəqib olar ki, ona qarşı 2-3 səhv edərsən, yararlana bilməz. Amma Almaniya hətta 1 səhvi də qola çevirir.

 

- Rəşad Sadıqovun milli karyerasını bitirməsindən sonra ilk dəfə əsas kapitan kimi komandanı meydana çıxardınız. Necə hisslər idi?

- Rəşad özü də orda idi, bizi dəstəkləyirdi. Əvvəllər 2-3 matçda kapitanlıq etmişəm. Açığı, kapitanın kim olmasının mənim üçün bir fərqi yoxdu. Əsas odu ki, milliyə xeyir verə bilək. Əlbəttə ki, kapitan olduqdan sonra məsuliyyət ikiqat artıb. Bunu dərk edirəm. Çalışacağam ki, milliyə həmişə xeyir verim.

 

- Oyun praktikanız çox olmasa da, Almaniyaya qarşı yaxşı mübarizə apardınız. Kapitan olduğunuz üçün xüsusi motivasiya olunmuşdunuz?

- Bunu kapitanlıqla əlaqələndirməzdim. Onu da deməzdim ki, komandamızın ən yaxşılarından biri idim. Bundan da yaxşı çıxış edə bilərdik. Düzdü, klubda az oynadığım üçün millidə istər-istəməz çətinlik çəkirəm. Digər tərəfdən hər oyunu eyni formada keçirmək də olmur. Bəzən yaxşı çıxış edirsən, bəzən isə oyunun alınmır. Çempionatda oynamayanda milli komandada stabillik olmur.

 

- Seçmə mərhələni 10 xalla başa vurdunuz. Yekun ürəyinizcə oldu?

- Düzdü, bu 10 xalın 6-nı San Marinodan almışıq. Ancaq qrupumuz da rahat deyildi. Doğrudu, çoxları Çexiya, Norveç və Şimali İrlandiyanı zəif komanda sayırdılar. Top-komanda olmasalar da, ortabab idilər. Ancaq daha çox xal toplaya bilərdik. Məsələn, Şimali İrlandiya ilə Bakıdakı oyunda qələbəyə layiq çıxış etdik. Çexiyadan da burda xal ala bilərdik, amma onlara qarşı çox pis oynadıq.

 

- Oynaya biləcəyiniz bir kluba icarəyə keçməyiniz mümkündümü?

- Düzdü, oyun praktikasından əziyyət çəkirəm, klubumda az meydana çıxıram. Bu mənim üçün problemdi. Ancaq icarə məsələsinə baxmamışam.

 

- Vəziyyət belə davam etsə necə?

- Yanvara qədər “Qarabağ”dayam. Qış fasiləsində Qurban Qurbanovla oturub məsləhətləşəciyik. Klub və mənim üçün hansı xeyirlidisə, çalışacağıq onu edək.

 

Ruslan SADIQOV

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10