[b]"Araz" qələbə ilə başladı - YENİLƏNİB[/b]
11.10.2017 - 19:32
[b]"Araz" qələbə ilə başladı - YENİLƏNİB[/b]

Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, yarışa bu raunddan başlayan Naxçıvan klubu oyunları Rumıniyada keçiriləcək VIII qrupunda qüvvəsini sınayır.

 

“Araz”ın ilk rəqibi Bosniya və Herseqovinanın “Mostar” klubu olub. Təmsilçimizin bu görüşdən gözlənildiyi kimi qalibiyyətlə ayrılıb. Komandamız 5:2 hesablı qələbəni bayram edib. 

 

Azərbaycan çempionu B yolundakı 4 qrupdan birində yer aldığından yalnız 1-ci yer üçün vuruşacaq. Çünki A yolunun qruplarından 3, B yolundan isə 1 komanda elit-raunda vəsiqə əldə edir.

 

Qeyd edək ki, qrupun digər matçında “Deva” (Rumıniya) və “Sent Endryu” (Malta) komandaları üz-üzə gələcək.

 

 

Futzal üzrə UEFA kuboku

Əsas mərhələ, B yolu

 

VIII qrupu

I tur, 11 oktyabr

“Araz” (Azərbaycan) – “Mostar” (Bosniya və Herseqovina) - 5:2

Qollar: Bolinya, 1; Xətai Bağırov, 16; Maykon da Silva, 20, 26; İsa Atayev, 21 - Veşiç, 15, Alaziç, 35

0