[b]Azərbaycan klublarından fərqli nəticələr[/b]
11.10.2017 - 09:49
[b]Azərbaycan klublarından fərqli nəticələr[/b]

Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü turunda Azərbaycan komandaları fərqli nəticələrə imza atıblar.

 

Belə ki, kişilərdən ibarət “Odlar Yurdu” ardıcıl 3-cü qələbəsini qazanıb. Komandamız İtaliya “Padova”sını məğlub edərək, liderlə qrupunda mövqeyini qoruyub. Onlar bu gün “Leyden”lə qarşılaşacaqlar.


Kişilərdən fərqli, qadınlardan ibarət “Odlar Yurdu” ilk məğlubiyyətinə üzülüb. Komandamız Belarus “Bossa Nova”sına uduzub. Təmsilçimiz 4-cü turda Türkiyənin “Anatoliya” klubu ilə üz-üzə gələcək.

 

III tur

“ODLAR YURDU” – “PADOVA” (İTALİYA) - 3,5:2,5
Arkadi Naydiç (2702) - Danigle Vokaturo (2607) - 0,5:0,5
Rauf Məmmədov (2678) - David Alberto (2569) - 1:0
Qədir Hüseynov (2647) - Sabino Brunello (2555) - 0,5:0,5
Eltac Səfərli (2647) - Daniil Dvirni (2542) - 0,5:0,5
Nicat Abbasov (2587) - Alessio Valsessi (2508) - 1:0
Azər Mirzoyev (2555) - Roberto Moqranzini (2501) - 0:1

Turnir cədvəli: 1. “Qlobus” (Rusiya), 2. “Odlar Yurdu” (Azərbaycan), 3. “Qambit” (Makedoniya), “Leyden” (Hollandiya) - hamısı 6 xal.

“BOSSA NOVA” (BELARUS) – “ODLAR YURDU” - 2,5:1,5
Natalya Jukova (2426) – Zeynəb Məmmədyarova (2298) - 1:0
Olqa Badelka (2353) - Ülviyyə Fətəliyeva (2348) - 0:1
Yelena Zayatz (2334) - Gülnar Məmmədova (2385) - 0:1
Lanita Stetsko (2254) - Xanım Balacayeva (2319) - 0,5:0,5

Turnir cədvəli: 1. “Bossa Nova” (Belarus) - 6 xal, 2. “Legacy Square” (Rusiya), 3. “Odlar Yurdu” (Azərbaycan), “Nona” (Gürcüstan), “Anatoliya”, “Mərmərə” (hər ikisi Türkiyə) - hamısı 4. 

 

0