[b]“Real” Beylin transfer qiymətini açıqladı[/b]
11.10.2017 - 13:30
[b]“Real” Beylin transfer qiymətini açıqladı[/b]

Madrid “Real”ının futbolçusu Qaret Beyl İngiltərəyə qayıtmağa çox yaxındı. Apasport.az saytı “The Sun” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” uelsli hücumçunu “Mançester Yunayted”ə satmağa razılaşıb.

 

Bunun üçün “mankunianlar” 99 milyon avro xərcləməlidilər. Premyer Liqa təmsilçisi Beylə görə bu məbləği ödəməyə hazırdı.

 

“Real” rəhbərliyi 28 yaşlı futbolçunun tez-tez zədələnməsindən narazıdı və bu səbəbdən onunla yolları ayırmağa qarşı deyil.

 

Qeyd edək ki, Qaret Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən transfer olunub.

0