[b]“Messi bütün dövrlərin ən yaxşısı deyilsə, mən lənətli toyuğam”[/b]
11.10.2017 - 15:32
[b]“Messi bütün dövrlərin ən yaxşısı deyilsə, mən lənətli toyuğam”[/b]

Argentina millisinin kapitanı Lionel Messi barədə növbəti maraqlı fikri İngiltərə futbolunun canlı əfsanəsi Qari Lineker səsləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sabiq hücumçu “Barselona”nın liderini bütün dövrlərin ən yaxşısı hesab edir.

 

Şərhçiliklə məşğul olan və çılğınlığı ilə seçilən Lineker Argentina yığmasının DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib. O, şəxsi tvitter hesabı vasitəsilə Ekvadorla son görüşdə het-trik edərək Argentina millisini mundiala daşıyan Messi haqda müsbət fikirlər yazıb: “Messinin olduğu yerdə ümid var. O, sadəcə meydana girdi və het-triklə hekayə yazdı. Messi bütün dövrlərin ən yaxşı futbolçusu deyilsə, o zaman mən lənətli toyuğam”.

 

Qeyd edək ki, dünya çempionatının final mərhələsi gələn il 14 iyun – 15 iyul tarixləri aralığında Rusiyada təşkil ediləcək.

0