SİZİN REKLAM BURADA

Braziliya yığmasının baş məşqçisi: Favoritlərdən biriyik

“Dünya çempionatının favoritlərdindən biriyik”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Braziliya yığmasının baş məşqçisi Tite deyib.

 

Gələn yay Rusiyada keçiriləcək mundiala vəsiqə qazanmış “pentakampeonlar”ın çalışdırıcısı maraqlı fikirlər səsləndirib.

 

O, dünya çempionatına kuboku qazanmaq üçün yollanacaqlarını bildirib: “Çempionluğa iddialı olduğumuzu sərgilədiyimiz oyun və komandanın seçmə mərhələdəki çıxışı təsdiqləyir. Məqsədimiz Rusiyada kuboku qazanmaqdı. Buna nail olub-olmayacağımızı deyə bilmərəm. Amma braziliyalı futbolçuların göstərdikləri oyunla fəxr edirəm. Mundialda əsl rəqabətlə üzləşəcəyik. Lakin biz rəqabətə tab gətirəcək gücdəyik”.

 

Qeyd edək ki, seçmə mərhələdə 18 matçda 41 xal toplayan Braziliya millisi qrup birincisi kimi adını mundialın final mərhələsinə yazdırıb.

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10