[b]“Bavariya”nın daha bir üzvü milli ilə vidalaşdı[/b]
11.10.2017 - 20:36
[b]“Bavariya”nın daha bir üzvü milli ilə vidalaşdı[/b]

“Bavariya”nın daha bir futbolçusu milli karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü instaqram hesabından açıqlama yayıb.

 

30 yaşlı oyunçu bu gedişindən kədərlənsə də, Çili millisiylə fəxr etdiyini bildirib: “Hər şey üçün çox təşəkkür edirəm. Bütün bu illər ərzində birlikdə olduq. Ayrıldığıma görə ürəyimdə kədərlənirəm, lakin Çili millisinin məşqçi heyəti və futbolçularıyla fəxr edirəm”.

 

Çili millisi DÇ-2018-in seçmə mərhələsinin son oyununda səfərdə Braziliya yığmasına 0:3 hesabıyla uduzaraq, mundialdan kənarda qalıb.

 

Qeyd edək ki, mundialdan kənarda qalan Hollandiya yığmasının hücumçusu – “Bavariya”nın daha bir üzvü Aryen Robben də milli karyerasını bitirdiyini açıqlayıb. 

0