[b]“Real” ona əvəzləyici axtarmayacaq[/b]
12.10.2017 - 01:29
[b]“Real” ona əvəzləyici axtarmayacaq[/b]

“Real” sağ cinah müdafiəçisi mövqeyinə oyunçu axtarmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə “Marca” nəşri xəbər yayıb.

 

Ürəyində yaranmış qüsurlara görə bir neçə ay meydandan kənarda qalacaq Dani Karvaxalın əvəzində kimin oynayacağı isə hələ məlum deyil. Baş məşqçi Zinəddin Zidan həmin mövqedə Naço Fernandes və Əşrəf Hakimini sınamağı planlaşdırır.

 

Qeyd edək ki, son günlər mətbuatda “Real”ın yeni müdafiəçi axtarışında olduğu haqqında xəbərlər dolaşırdı.

0