[b]DÇ üçün dəridən-qabıqdan çıxanlar: Millimiz MDB-də üçüncüdü[/b]
12.10.2017 - 11:00
[b]DÇ üçün dəridən-qabıqdan çıxanlar: Millimiz MDB-də üçüncüdü[/b]

SSRİ-nin dağılması ilə müstəqillik əldə edən ölkələrdən heç birinin yığması Rusiyada keçiriləcək DÇ-2018-in seçmə mərhələsini adlaya bilməyib. Apasport.az saytının məlumatına görə, mundiala vəsiqə uğrunda mübarizə aparan 14 postsovet məkanı təmsilçisindən 4-ü Asiya, 10-u Avropa zonasında qüvvəsini sınayıb.

 

“Köhnə qitə”dəki 10 komandadan biri də Azərbaycan yığması olub. Millimiz C qrupunda 5-ci yeri tutub.

 

Postsovet məkanı təmsilçilərinin nəticələrini müqayisə etsək, Robert Prosineçkinin yetirmələri UEFA üzvü olub, seçmə mərhələdə oynayan 10 komanda arasında 3-cüdü. Yığmamız yalnız mundial şansını son turda itirən Ukrayna və Estoniyadan geri qalıb. Sonuncular millimizi cəmi 1 xal qabaqlayıb.

 

Ən zəif nəticə isə Moldovaya məxsusdu. Bu komanda kimi Qazaxıstan da qələbəyə həsrət qalıb.

 

yer

qrup

komanda

O

Q

H

M

TOP

X

1

İ

Ukrayna

10

5

2

3

13-9

17

2

H

Estoniya

10

3

2

5

13-19

11

3

C

Azərbaycan

10

3

1

6

10-19

10

4

B

Latviya

10

2

1

7

7-18

7

5

E

Ermənistan

10

2

1

7

10-26

7

6

F

Litva

10

1

3

6

7-20

6

7

D

Gürcüstan

10

0

5

5

8-14

5

8

A

Belarus

10

1

2

7

6-21

5

9

E

Qazaxıstan

10

0

3

7

6-26

3

10

D

Moldova

10

0

2

8

4-23

2

 

 

0