[b]“Standart vəziyyətlərdən yaxşı istifadə etdik” - FOTO[/b]
12.10.2017 - 11:11
[b]“Standart vəziyyətlərdən yaxşı istifadə etdik”   - FOTO[/b]

“Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq”. Apasport.az saytının məlumatına görə, bunu “Araz”ın futzalçısı Rövşən Hüseynli deyib.

 

UEFA kubokunda mübarizə aparan Naxçıvan təmsilçisi Bosniya və Herseqovina çempionu “Mostar”la qarşılaşıb.

 

5:2 hesabı ilə qələbə qazanan “Araz”ın qapıçısı Rövşən Hüseynli matçla bağlı fikrini AFF-nin rəsmi feysbuk səhifəsinə bildirib: “Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Belə olan təqdirdə rəqib bizim üstümüzə atılmağa başladı. Nəticədə oyunumuzu diktə etmək üçün şərait yarandı. Düzdü, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər bunun davamını gətirdik və üstünlüyümüzü 2 top çatdırdıq. Xüsusilə də standart vəziyyətlərdən yaxşı istifadə etdik. Artıq “Mostar”la oyunu unutmalıyıq. Çünki bu gün növbəti qarşılaşmamızı keçirəcəyik. Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq. Komanda olaraq buna hazırıq”.

0