[b]“10 xala görə çox tərif eşitdik” – Dmitri Nazarov[/b]
12.10.2017 - 11:19
[b]“10 xala görə çox tərif eşitdik” – Dmitri Nazarov[/b]

“Qasıq nahiyəmdə zədə var idi. Bu üzdən çox oynaya bilməzdim və Almaniya ilə matçda 20 dəqiqə meydanda oldum”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin üzvü Dmitri Nazarov deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində son matçını səfərdə Almaniyaya (1:5) qarşı keçirən yığma komandamız turniri 10 xalla tamamlayıb.

 

Almaniya mətbuatına danışan Nazarov millimizin seçmə mərhələdəki çıxışına toxunub. O, qazanılan nəticədən məmnun qaldığını vurğulayıb: “Dünya çempionatının seçmə mərhələsi bizim üçün uğurlu alındı. Azərbaycan yığması heç vaxt 10 xal toplamamışdı. Buna görə çox tərif eşitdik. Həmçinin dünya çempionuna qarşı iki oyun keçirdiyimiz üçün xoşbəxtik”.

 

Qeyd edək ki, Dmitri Nazarov II Bundesliqa klubu “Aue”nin formasını geyinir.

0