SİZİN REKLAM BURADA

Fasilə bitdi: “Neftçi” debütanta, çempion “İnter”ə qarşı

Sabah Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra davam etdirilən çempionatın VIII turun görüşləri 3 gün ərzində baş tutacaq.

 

Həftəyə ötən mövsümün mükafatçıları “İnter” və “Qarabağ” arasında qarşılaşma ilə start veriləcək. Ardıcıl 3 turu qələbəsiz başa vuran bakılılar doğma azarkeşlər önündə uğursuz seriyanı qırmağa çalışacaq. Zaur Svanadzenin yetirmələri bunu bacarsa, əyalət klubunun məğlubiyyətsizliyinə son qoyacaq. 14 matçdı uduzmayan Qurban Qurbanovun yetirmələri zirvədəki mövqeyini qorumaq üçün qalib gəlməlidi.

 

Turun ikinci günündə 2 qarşılaşma baş tutacaq. “Qarabağ”ın büdrəməsini gözləyən “Zirə” “Kəpəz”i sınağa çəkəcək. İlk qələbəsini ötən tur əldə edən Gəncə klubu paytaxtdan da xalla dönmək əzmindədi. Şahin Diniyevin komandası son pillədən qurtulmaq üçün mütləq səfərdən məğlubiyyətsiz ayrılmalıdı. Meydan sahibləri isə məğlubiyyətsizliyini sürdürmək əzmindədi. Ayxan Abbasovun yetirmələri liderin büdrəməsini və zirvəyə yüksəlmək şansını gözləyir.

 

Turnir cədvəlinin qonşuları “Qəbələ” və “Sumqayıt” isə sonuncuların meydanında qarşılaşacaq. Samir Abbasovun yetirmələri ardıcıl 5 matçda top vurduğundan, qəbələlilər isə bu rəqiblə bütün görüşlərdə fərqləndiyindən azarkeşləri qollu qarşılaşmaya şahidlik edə bilər. Son qarşılaşmalarda qapısında qol görən Roman Qriqorçukun yetirmələri xoşagəlməz seriyanı dayandırmaq üçün mübarizə aparıb, ötən turdakı məğlubiyyəti unutdurmalıdı.

 

Tura paytaxt derbisi ilə yekun vurulacaq. Tərlan Əhmədovun baş məşqçi postuna gətirilməsindən sonra meydanı qolsuz tərk etməyən “Neftçi” “Səbail”lə görüşəcək. İlk dövrədə uduzan “ağ-qaralar” Samir Əliyevin yetirmələrini yenməklə rəqibini turnir cədvəlində də keçə bilər. Debütant isə autsayderlərdən uzaqlaşmaq üçün xal hesabını artırmalıdı.

 

Azərbaycan Premyer Liqası

VIII tur
13 oktyabr (cümə)


15:30. “İnter” – “Qarabağ”
“İnter Arena”

14 oktyabr (şənbə)

16:00. “Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu
 

18:00. “Sumqayıt” – “Qəbələ”
Sumqayıt. Şəhər stadionu


15 oktyabr (bazar)

18:30. “Səbail” – “Neftçi”
“Dalğa Arena”

 

1.

Qarabağ

6

5

1

0

12-3

16

2.

Zirə

7

4

3

0

12-5

15

3.

Qəbələ

7

4

1

2

10-8

13

4.

Sumqayıt

7

3

1

3

8-10

10

5.

İnter

7

2

2

3

7-9

8

6

Səbail

6

2

0

4

4-8

6

7.

Neftçi

7

1

1

5

5-9

4

8.

Kəpəz

7

1

1

5

5-11

4

 

Bombardir: Mahir Mədətov (“Qarabağ”) – 5.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10