[b]Həbsdən çıxan futbolçunun atası: Ölməmişəm ki...[/b]
12.10.2017 - 12:19
[b]Həbsdən çıxan futbolçunun atası: Ölməmişəm ki...[/b]

“Nicat hələlik “Sumqayıt”la məşqlərə qoşulmayıb. Bunun da səbəbi onun xəstələnməsidi”. Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt”ın futbolçusu Nicat Muxtarovun atası Asif Muxtarov deyib.

 

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvü olduğu üçün saxlanılmış 22 yaşlı yarımmüdafiəçi artıq 5 gündü azadlıqdadı. Buna baxmayaraq, Muxtarov hələ də müqavilə ilə məxsus olduğu “Sumqayıt” klubuna dönməyib.

 

Asif Muxtarov oğlunun yüngül soyuqladığını bildirib: “Nicat bir az xəstələnib. Onu həkimə gətirmişəm. Sağ olsun, “Sumqayıt” klubu əlaqə saxlayır, onunla maraqlanır. İnşallah, tezliklə komandasına qoşular”.

 

Sentyabrın 20-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən Nicat Muxtarov bundan 17 gün sonra azadlığa buraxılıb. Asif Muxtarov həmin günlərdə baş verən proseslərlə bağlı sualımızı qısaca belə cavablandırıb: “Onun atası ölməyib ki”.

 

Qeyd edək ki, Nicat Muxtarov əvvəllər Zaqatalanın "Simurq", Bakının "Rəvan", eləcə də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında forma geyinib. O, "Sumqayıt"a 2015-ci ilin yayında keçib.

 

0