SİZİN REKLAM BURADA

Fiaskonun baş "memarı" utanır: ...gələcəkdə yeni baş məşqçi təyin edərlər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının müvəqqəti baş məşqçisi Samir Ələkbərovun apasport.az saytına müsahibəsi

 

- AÇ-2019-un seçmə mərhələsində Almaniyaya böyük hesabla (1:6) məğlub oldunuz. Nəticə sizin üçün gözlənilməz olmadı?

- Düzü, belə nəticəni gözləmirdik. Hesabın bu cür olmasının səbəbi erkən qol buraxmağımız idi.

 

- Bu hesab rəqibin daha güclü olmasından qaynaqlanırdı, yoxsa millimiz zəif idi?

- Rəqib güclü idi. Komandamıza zəif deyə bilmərəm. Sadəcə, Almaniya həddən artıq güclü idi.

 

- Milliləşdirilmiş futbolçuların sayını azaltsanız da, nəticə dəyişmədi. Bəs oyun baxımından bir irəliləyiş varmı?

- Uşaqlar pis təsir bağışlamadılar. Əllərindən gələni etdilər.

 

- Matçdan sonra AFFA rəhbərliyinə hesabat verdinizmi?

- Rəhbərliklə hələ görüşə bilməmişəm. Sözün düzü, utandığımdan görüşə bilmirəm. Həqiqətən də, çox utanıram. Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev, həmçinin Bernhard Lippert orda idilər.

 

- Noyabrda Almaniya və Kosovo ilə qarşılaşacaqsınız. Həmin oyunlarla bağlı qarşınıza hansısa hədəf qoyulubmu?

- Məqsəd Almaniyaya qarşı yaxşı çıxış etmək və Kosovonu məğlub etməkdi. Həm Almaniya, həm də Kosovo ilə matçlara komandanı çıxaracam. Ondan sonra 3 oyunun nəticəsinə görə hesabat olacaq. Gələcəklə bağlı qərar da yəqin ki, buna əsasən verilər.

 

- Təyinatınız ötən ay baş tutub. Hər hansı bir baş məşqçi 3 ay ərzində nə edə bilər?

- Baş məşqçisiz komanda olmur axı. Kimsə bu posta gətirilməli idi. Məni 3 oyunluq təyin ediblər. Əgər belə nəticələr olsa, yəqin ki, gələcək üçün yeni baş məşqçi təyin edərlər.

 

- Qısa müddət ərzində siz özünüz komandada nələri dəyişmək istəyirsiniz?

- Sərəncamımızda olan uşaqlarla oynayırıq. Fikrim komandanı gəncləşdirməkdi. Bizim üçün artıq hər şey bitib, turnir cədvəlində vəziyyətimiz ürəkaçan deyil. Gəncləşdirmə siyasəti aparıb, növbəti seçmə mərhələyə 1998-ci il təvəllüdlü futbolçuları hazırlamaq istəyirik.

 

- Gənc futbolçuların əksəriyyəti klublarında əsas heyətə düşə bilmirlər ki, bu da U-21-in nəticələrinə təsirsiz ötüşmür. Vəziyyəti necə dəyişmək olar?

- Bunun üçün yaxşı məşq etməlidilər ki, əsas heyət uğrunda mübarizə aparsınlar. Məşqçiləri də qınamaq olmaz. Heç kim yaxşı futbolçunu kənarda saxlamaq istəməz. Hər şey özlərindən asılıdı. Yaxşı olduqlarını baş məşqçiyə göstərməlidilər. Meydanda pasporta baxmırlar.

 

- U-17 və U-19 yığmalarımız da son matçlarında məğlub olublar. Bu, Azərbaycan futbolunun gələcəyi üçün həyəcan təbili deyilmi?

- Bunu fikirləşmək lazımdı. Belə nəticələrdən sonra uğurlu gələcək barədə düşünmək çətindi. U-19-dan 3-4 futbolçunu komandaya cəlb etməyi fikirləşirdim. Məğlub olsalar da, onlara dəvət göndərəcəm.

 

Ruslan SADIQOV

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10