[b]Millimizlə görüşdə zədələnən futbolçu 6 həftə oynamayacaq[/b]
12.10.2017 - 13:57
[b]Millimizlə görüşdə zədələnən futbolçu 6 həftə oynamayacaq[/b]

DÇ-2018-in seçmə mərhələsinin son turunda millimizlə oyunda zədələnən Almaniya yığmasının futbolçusu Şkodran Mustafinin vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytı BBC-yə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi 6 həftə müddətinə sıradan çıxıb.

 

“Arsenal”ın formasını geyinən Mustafi bu səbəbdən İngiltərə Premyer Liqasının VIII turu çərçivəsində “Uotford”la matçda komandasına kömək edə bilməyəcək.

 

25 yaşlı futbolçu millimizlə matçın ilk hissəsində əzələsi dartıldığına görə, oyunu davam etdirə bilməmişdi. Nəticədə Bundestimin baş məşqçisi Yoahim Löv onu 36-cı dəqiqədə Mattias Ginterlə əvəzləmişdi.

 

Qeyd edək ki, Almaniya – Azərbaycan görüşü ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

 

 

 

0