[b]Robert Prosineçkiyə daha bir yığmadan təklif[/b]
12.10.2017 - 14:12
[b]Robert Prosineçkiyə daha bir yığmadan təklif[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina millisini çalışdıra bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

 

Bu günlərdə adı Sloveniya yığması ilə birgə hallanan 48 yaşlı mütəxəssis açıqlamasında belə bir təklif almadığını bildirmişdi. İndi isə Prosineçkinin Bosniya və Herseqovina mllisinin “sükanı arxası”na keçəcəyi yazılıb.

 

Belə ki, hazırkı çalışdırıcı Mehmed Bajdareviçin fəaliyyəti federasiya rəhbərliyini razı salmır. Buna görə də, onunla yeni müqavilənin imzalanmamasına qərar verilib. Əvəzində Bosniya və Herseqovina yığmasının baş məşqçisi postuna Prosineçkinin gətirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Azərbaycan millisi ilə sözləşməsinin müddəti dekabrda bitəcək Robert Prosineçkinin yığmamızda qalacağı real görünmür.

0