[b]Paytaxtın ən güclüləri müəyyənləşir - FOTOSESSİYA[/b]
12.10.2017 - 14:24
[b]Paytaxtın ən güclüləri müəyyənləşir - FOTOSESSİYA[/b]

Bu gün “Sərhədçi” İdman Olimpiya Kompleksində U-18 yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, paytaxt birinciliyinin ilk günündə 42 klubdan 331 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır.

 

Günün sonunda 46 kq, 50 kq, 55 kq və 60 kq çəki dərəcələrində bütün qaliblər müəyyənləşəcək.

 

Qeyd edək ki, Bakı şəhər birinciliyinə sabah yekun vurulacaq.

0