[b]“Real”ın futbolçusu xəstəxanadan buraxılmır[/b]
12.10.2017 - 15:57
[b]“Real”ın futbolçusu xəstəxanadan buraxılmır[/b]

“Real”ın müdafiəçisi Daniel Karvahalın vəziyyəti yaxşılaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya millisinin üzvü artıq virusdan qurtulub.

 

Bir müddət əvvəl ürəyindəki problemə görə, futboldan uzaqlaşan Karvahal perikard əməliyyatı edilib. Bununla o, ürək döyüntüsünü zəiflədən virusdan qurtulmağa müvəffəq olub. Buna baxmayaraq, həkimlər hələ də futbolçunu xəstəxanada müşahidə altında saxlamaq qərarına gəliblər.

 

Qeyd edək ki, Daniel Karvahalın 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

0