[b]“Barselona”nın Messiyə nə qədər borcu var?[/b]
12.10.2017 - 16:51
[b]“Barselona”nın Messiyə nə qədər borcu var?[/b]

“Barselona” klubunun vitse-kapitan Lionel Messiyə borcu artıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisinin argentinalı hücumçuya olan borcunun məbləği 85 milyon funt-sterlinqdi.

 

Bu borclar isə klubun Leoya verməli olduğu mükafat puludu. Rəhbərlik həm illərlə yığılan borcu ödəmək, həm də Messi ilə yeni müqavilə imzalamaq üçün stadion sponsoru axtarışına çıxıb. Belə ki, “Nou Kamp”ın adının əvvəlinə bir şirkət adının əlavə olunması İspaniya nəhənginə 200 milyon funt-sterlinq qazandıra bilər.

 

Bunun sayəsində “Barsa” Messi ilə həftəlik qazancı 500 min funt-sterlinq olan yeni müqavilə imzalayacaq, həmçinin ona olan 85 milyonluq borcu ödəyəcək. Əgər belə olarsa, rəhbərlik komandanın liderinə bir il ərzində 100 milyon funt-sterlinqdən çox ödəniş edəcək.

0