[b]“Mançester Siti” Aqueronu satır[/b]
12.10.2017 - 17:28
[b]“Mançester Siti” Aqueronu satır[/b]

“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard “Milan”ın maraq dairəsinə düşüb.

 

“Rossonyerlər” 29 yaşlı forvardı qış fasiləsində heyətə cəlb etmək niyyətindədilər. “Mançester Siti” rəhbərliyi də bu keçidin əleyhinə deyil. Ancaq “şəhərlilər” yalnız “Arsenal”lı Aleksis Sançesi transfer edəcəyi təqdirdə, Aqueronun “Milan”a keçidinə razılıq verəcəklər.

 

Qeyd edək ki, Serxio Aquero “Mançester Siti”yə 2011-ci ildə “Atletiko”dan keçib.

0