[b]Televiziya ekspertini döyən klub prezidentinə ağır cəza: 14 ay...[/b]
12.10.2017 - 19:57
[b]Televiziya ekspertini döyən klub prezidentinə ağır cəza: 14 ay...[/b]

İsveçrənin “Syon” klubunun prezidenti Kristian Konstantin futboldan uzunmüddətli diskvalifikasiya edilib. Apasport.az saytının məlumatına görə, buna səbəb klub rəsmisinin televiziya ekspertini döyməsi olub.

 

Keçmiş məşqçi olan TV eksperti Rolf Frinqer sentyabr ayında “Luqano” ilə oyun zamanı canlı efirdə Konstantini təhqir etmiş və onun idarəetmə üslubunu gülməli adlandırmışdı. Oyun başa çatan kimi meydanın kənarındakı canlı yayıma hücum edən prezident Frinqerə bir neçə zərbə endirib.

 

Bu hərəkəti isə ona 14 aylıq futboldan uzaqlaşdırma və 100 min İsveçrə frankına başa gəlib. 

0