SİZİN REKLAM BURADA

“Mənə “qəssab” deyirlər, ancaq...”

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Atletiko”nun futbolçusu Filipe Luis karyerası və futbol dünyasına aid açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi Madridə yeni gəldiyi vaxtlarda çətinlilər çəkdiyini deyib.

 

O, spirtli içkilər aludəçiliyindən də bəhs edib: “Evdən tez-tez çıxardım və gərəyindən artıq içərdim. Bəxtim onda gətirirdi ki, atam məni maşınla aparırdı”.

 

Futbolçu olduğu üçün şanslı olduğunu qeyd edən sol cinah müdafiəçisi həyatından məmnun olduğunu vurğulayıb: “Çox şanslıyam, çünki çox işləmirəm. Gün ərzində 1-1.5 saat təzyiq olur və yaxşı pul qazanıram. Futbolçuların 80 faizi isə xəyal dünyasında yaşayırlar. Qollarında marka bir çanta, ayaqlarında 400 avroluq ayaqqabılar və bədənlərinə 8 döymə vurdurmaqla özlərini ulduz hesab edirlər. Onun xaricində gerçək bir dünya olduğunu unudurlar”.

 

Luis Messi ilə arasında yaşanan epizodlar haqqında da danışıb: “Messini dayandırmağın yolunu bilirəm. Çox vaxt bu, cərimə zərbəsi hesabına olur, ancaq bu da bir üsuldu. Mənə “qəssab” deyirlər, ancaq bundan şikayət eləmirəm. Messi özünü meydanda rahat hiss edirsə, deməli sən bir ölüsən”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10