Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın V turunda Azərbaycan komandaları yenə fərqli nəticələr göstəriblər.
Kişilərdən ibarət “Odlar Yurdu”un qələbə seriyası qırılıb. Ardıcıl 4 qələbəsi qazanan təmsilçimiz lider “Qlobus”la heç-heçə oynayıb. Rəqib yığmamızın üzvü Şəhriyar Məmmədyarovu komandamızla oyunda ehtiyatda saxlayıb. “Odlar Yurdu” bu gün Rusiyanın “Mednı Vsadnik” klubu ilə üz-üzə gələcək.
Qadınlardan ibarət “Odlar Yurdu” da Rusiya təmsilçisi ilə qarşılaşıb. “Legacy Square” klubu ilə görüşən komandamız dueli qələbə ilə bitirib. Onlar bu gün yenə şimal qonşularımızı sınağa çəkəcəklər. “Odlar Yurdu” “Yuqra” ilə münasibətinə aydınlıq gətirəcək.
V tur
ODLAR YURDU – QLOBUS (RUSİYA) - 3:3
Arkadi Naydiç (2702) – Vladimir Kramnik (2794) - 0,5:0,5
Rauf Məmmədov (2678) – Aleksandr Qrişuk (2785) - 0,5:0,5
Qədir Hüseynov (2647) – Sergey Karyakin (2765) - 0,5:0,5
Eltac Səfərli (2632) – Aniş Qiri (2762) - 0,5:0,5
Nicat Abbasov (2587) – Yan Nepomnyaşi (2733) - 0,5:0,5
Azər Mirzoyev (2555) – Denis Xismatullin (2628) - 0,5:0,5
Turnir cədvəli: 1. “Qlobus” (Rusiya), 2. “Odlar Yurdu” (Azərbaycan) – hər ikisi 9 xal, 3. “Alkaloid” (Makedoniya) - 8.
ODLAR YURDU – LEGACY SQUARE (RUSİYA) - 2,5:1,5
Zeynəb Məmmədyarova (2298) – Alina Kaşlinskaya (2455) - 1:0
Ülviyyə Fətəliyeva (2348) – Yekaterina Kovalevskaya (2411) - 0,5:0,5
Gülnar Məmmədova (2385) – Darya Voyt (2387) - 0:1
Xanım Balacayeva (2319) – Anastasiya Savina (2350) - 1:0
Turnir cədvəli: 1. “Nona” (Qruziə), 2. “Odlar Yurdu” (Azərbaycan) - hər ikisi 8 xal, “Yuqra” (Rusiya) - 7.