[b]“Bu amildən maksimum istifadə etməyə çalışacaq” - Xətai Bağırov[/b]
13.10.2017 - 14:31
[b]“Bu amildən maksimum istifadə etməyə çalışacaq” - Xətai Bağırov[/b]

“Mostar”la oyunda erkən qol vurduq, amma bosniyalılar hesabı bərabərləşdirməyi bacardılar. Bu qol sanki onları həvəsləndirdi, ardını gətirmək üçün cəhdlər etdilər. Ancaq fasiləyə qədər istədiyimiz nəticəni əldə etdik və ikinci hissədə də bunu qorumağa çalışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Araz”ın futzalçısı Xətai Bağırova məxsusdu.

 

UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Naxçıvan təmsilçisi “Mostar” və “St Andreus” komandaları ilə görüşdən qalib ayrılaraq turnir cədvəlinin vahid lideridi. Təmsilçimiz son oyununu sabah Rumıniya çempionu “Deva”ya qarşı keçirəcək.

 

Arxada qalan hər iki oyunla bağlı “Araz”ın hücumçusu Xətai Bağırov AFF-nın rəsmi facebook səhifəsinə açıqlama verib: “Mostar”la oyundan fərqli olaraq ikinci qarşılaşmaya yaxşı başlamadıq. Nəticədə qapımızdan ardıcıl 2 top buraxdıq. Səhvlərimizin çox olduğu oyunun ikinci hissəsinin əvvəlində hesabda önə keçməyi bacardıq. Bundan sonrakı dəqiqlərdə bu üstünlüyümüzü qorumağa çalışdıq. Sonda məqsədimizə çatdıq və ikinci matçı da xal itkisinə yol vermədən başa vurduq. Təbii ki, “Deva” ilə oyunda da ancaq qələbə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, meydan sahibi komanda bu amildən maksimum istifadə etməyə çalışacaq. Üstəlik, vərəqə cəzalısı olan Maykon da bizə kömək edə bilməyəcək. Buna baxmayaraq, qalib gəlmək üçün səfərbər olacağıq”.

0