Bu gün Azərbaycan Premyer Liqasında II dövrənin ilk turunun daha 2 oyunu keçirilib. Apasport.az saytı xəbər verir ki, "Kəpəz" "Zirə"nin, "Qəbələ" isə "Sumqayıt"ın qonağı olub.
İlk qələbəsini ötən tur əldə edən Gəncə klubu yenə məğlubiyyətə üzülüb. "Zirə" Şahin Diniyevin yetirmələrini 3 cavabısz qolla yola salıb. Təmkin Xəlilzadənin dublu qələbədə xüsusi pay sahibi olub.
“Qəbələ” və “Sumqayıt” sonuncuların meydanında qarşılaşıblar. Oyunun taleyini 1 qol həll edib. Famussa Konenin 29-cu dəqiqədə vurduğu qol "Qəbələ"yə səfər qələbəsi qazandırıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" “Neftçi” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
14 oktyabr (şənbə)
“Sumqayıt” – “Qəbələ” - 0:1
Qol: Famussa Kone, 29
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov
Sumqayıt şəhər stadionu
"Sumqayıt": 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 71. Ramazan Həsənov
Baş məşqçi: Samir Abasov
"Qəbələ": 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 12. Endi Hallidey, 14. Cavid Hüseynov (k), 16. Dion Omar Malone, 34. Urfan Abbasov, 45. Famussa Kone, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 7. Alen Akserov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 17. Roman Hüseynov, 28. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 70. Ülvi İsgəndərov
Baş məşqçi: Roman Qriqorçuk
“Zirə” – “Kəpəz” - 3:0
Qollar: Təmkin Xəlilzadə, 47, 64; Riçard Qadze, 76
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu
"Zirə”: 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 8. Milan Duriç, 9. David Manqa, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 7. Sadio Tounkara, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 47. Əmrah Bayramov, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
"Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 20. Samba Dialo, 8. Viktor Oseqeyl
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 24. Məhəmməd Qurbanov, 7. Sergey Çernişev, 11. Kamran Abdullazadə, 16. Azər Məmmədov, 19. Aydın Qasımov, 18. Tural Cəlilov, 14. Fərid Məmmədov, 2. Yusif Cəfərov, 23. Əli Əliyev
Baş məşqçi: Şahin Diniyev
1. |
Qarabağ |
7 |
6 |
1 |
0 |
14-3 |
19 |
2. |
Zirə |
8 |
5 |
3 |
0 |
15-5 |
18 |
3. |
Qəbələ |
8 |
5 |
1 |
2 |
11-8 |
16 |
4. |
Sumqayıt |
8 |
3 |
1 |
4 |
8-11 |
10 |
5. |
İnter |
8 |
2 |
2 |
4 |
7-11 |
8 |
6 |
Səbail |
6 |
2 |
0 |
4 |
4-8 |
6 |
7. |
Neftçi |
7 |
1 |
1 |
5 |
5-9 |
4 |
8. |
Kəpəz |
8 |
1 |
1 |
6 |
5-14 |
4 |