[b]Azərbaycan klubları Avropa çempionatında medalın bir addımlığında[/b]
14.10.2017 - 10:17
[b]Azərbaycan klubları Avropa çempionatında medalın bir addımlığında[/b]

Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın VI turu da Azərbaycan komandaları üçün uğurlu alınıb.

 

Kişilərdən ibarət “Odlar Yurdu”u bu dəfə Rusiyanın “Mednı Vsadnik” klubunu üstələyib. Bu qələbə komandamızı çempionluğa bir addım da yaxınlaşdırıb. Təmsilçimiz bu gün son turda Çexiyanın “Novı Bor” klubunu sınağa çəkəcək.


Qadınlardan ibarət “Odlar Yurdu” da Rusiyi klubu ilə qarşılaşıb. Şahmatçılarımız “Yuqra” ilə münasibətinə aydınlıq gətiriblər və görüş heç-heçə başa çatıb. Mükafat şansını qoruyan “Odlar Yurdu” VII turda Türkiyənin “Mərmərə” klubu ilə oynayacaq.

 

VI tur

 

ODLAR YURDU – MEDNI VSADNİK (RUSİYA) - 3,5:2,5
Arkadi Naydiç (2702) – Petr Svidler (2794) - 0,5:0,5
Rauf Məmmədov (2678) – Maksim Matlakov (2730) - 0,5:0,5
Qədir Hüseynov (2647) – Vladimir Fedoseyev (2733) - 1:0
Eltac Səfərli (2632) – Nikita Vityuqov (2728) - 0,5:0,5
Nicat Abbasov (2587) – Maksim Rodşteyn (2699) - 0,5:0,5
Azər Mirzoyev (2555) – Aleksey Qoqanov (2571) - 0,5:0,5

 

Turnir cədvəli: 1. “Odlar Yurdu” (Azərbaycan) - 11 xal, 2. “Qlobus” (Rusiya) - 10, 3. “Alkaloid” (Makedoniya) - 9 xal.

 

YUQRA (RUSİYA) - ODLAR YURDU - 2:2
Anna Uşenina (2445) – Zeynəb Məmmədyarova (2298) - 0,5:0,5
Natalya Poqonina (2466) - Ülviyyə Fətəliyeva (2348) - 0,5:0,5
Olqa Qirya (2505) - Xanım Balacayeva (2319) - 1:0
Baira Kovanova (2371) - Aydan Xöccətova (2341) - 0:1

 

Turnir cədvəli: 1. “Nona” (Gürcüstan) - 10 xal, 2. “Odlar Yurdu” (Azərbaycan) - 9, “Yuqra” (Rusiya) - 8.

 

0