[b]Azərbaycan millisinin Qran-pri üçün heyəti açıqlandı[/b]
14.10.2017 - 14:34
[b]Azərbaycan millisinin Qran-pri üçün heyəti açıqlandı[/b]

Oktyabrın 26-da Abu-Dabidə cüdo üzrə Qran-pri yarışı start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turnirdə Azərbaycan millisi də iştirak edəcək.

 

Məşqçilər korpusu Qran-pridə güvənəcəyi heyəti artıq müəyyənləşdirib. Onlar Abu-Dabidə Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İlkin Babazadə (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Naim Hüseynov (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Bazarraqça Erdenebat (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq) və İrina Kindzerskaya (+78 kq) şans verəcəklər.

 

Yarışa 50 ölkədən 314 (195 kişi, 119 qadın) cüdoçunun qatılması gözlənilir. 

0