[b]“Səbail” üzərində qələbə yubileyim üçün ən yaxşı hədiyyə olar” - İqnasio Errera[/b]
14.10.2017 - 15:22
[b]“Səbail” üzərində qələbə yubileyim üçün ən yaxşı hədiyyə olar” - İqnasio Errera[/b]

“Səbail”lə I dövrədəki nəticə bizə böyük zərbə idi. Oyunun sonunda qapımızda qol gördük və məğlub olduq. Halbuki qalib gələcəyimizi gözləyirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin çilili futbolçusu İqnasio Errera deyib.

 

Dünən Bakı təmsilçisi ilə müqaviləsini mövsümün sonuna kimi uzadan yarımmüdafiəçinin 30 illiyidi. Komandasının aparıcı futbolçularından olan Errera “Neftçi TV”yə həm yubileyi, həm də "Səbail”lə sabah keçirəcəkləri prinsipial oyun haqda fikirlərini bildirib: “Sabahkı oyuna revanş kimi baxırıq və çox yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, “İnter” üzərində qələbənin davamını gətirək. 3 xala çox ehtiyacımız var. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. “Neftçi”nin 80 illik yubileyi ilə mənim 30 illiyimin üst-üstə düşməsi çox xoş təsadüfdü. Həyatımdakı bu əlamətdar günü köklü klubda qeyd etmək mənim üçün böyük qürürdu. “Səbail” üzərində qələbə yubileyim üçün ən yaxşı hədiyyə olar”. 

0