[b]“Dəyişiklik etməliyik” – Samir Abasov[/b]
14.10.2017 - 20:14
[b]“Dəyişiklik etməliyik” – Samir Abasov[/b]

“Matç maraqlı keçdi. Yaxşı oynadıq, ikinci hissədə daha yaxşı çıxış etdik. Birinci hissəyə də pis başlamamışdıq. Təəssüf ki, qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Azərbaycan Premyer Liqasının VIII turunda “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra mətbuat konfransı keçirən Abasov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: “Azarkeşlər sona qədər qol gözləyirdi. Halal olsun uşaqlara, bu tempdə davam etmək lazımdı. “Qəbələ” bizə qarşı başqa cür oynadı, ona görə də, alınmadı, bəlkə də buna hazır deyilik. Dəyişiklər etməliyik, oyun planı və başqa yöndə dəyişikliklər olacaq”

 

- İkinci hissənin gedişatında taktiki gedişatı dəyişdiniz...

- Hücumçuların sayını artırdım. Ancaq qol olmadı. Arxada üç müdafiəçi saxlamağa lüzum görmədim.

0