[b]“O nəticə olmasaydı, heç kim belə düşünə bilməzdi” – Cavid Hüseynov[/b]
14.10.2017 - 21:33
[b]“O nəticə olmasaydı, heç kim belə düşünə bilməzdi” – Cavid Hüseynov[/b]

“Çətinliklə qalib gəldik. “Sumqayıt”ın formada olduğun bilirdik. Belə oyun gözləyirdik. Bizə əsas qələbə lazım idi ki, onu da əldə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

 

Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə “Sumqayıt”la qarşılaşan əyalət klubu minimalhesablı qələbəyə sevinib.

 

Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran milli üzvü matçla bağlı fikirlərini bölüşüb.

 

- Oyun başa çatan kimi “Qəbələ”nin oyunçuları yerə uzandılar. Bu, matçın gərginliyindən idi, ya fiziki vəziyyətiniz qaydasında deyil?

- Tamamilə oyunla əlaqədar vəziyyətdi. İkinci hissəni əsasən müdafiə olunduq, ola bilsin bunun nəticəində uşaqlar yorulublar.

 

- “Sumqayıt”ın gücünü kiçiltmək fikrim yoxdu, ancaq “Qəbələ” niyə məhz bu komanda ilə oyunda müdafiə olunmağı seçdi?

- Müdafiə futbolu oynamaq fikrimiz yox idi, heç vaxt da o məqsədlə oyuna çıxmırıq. Ancaq rəqib bizi məcbur etdi ki, arxaya çəkilək. İstər-istəməz belə oldu.

 

- Əvəzlənməyin nə ilə bağlıdı?

- Məşqçinin qərarıdı. Hörmətlə yanaşmalıyıq.

 

- Son vaxtlar göstərdiyin oyuna görə çox tənqid olunursan. Özün öz oyunundan razısan?

- Təbii ki, razı deyiləm.

 

- Bəs bunun səbəbi nədi?

- Eniş var bir az, onu da çalışırıq ki, məşqlərdə aradan qaldıraq.

 

- Keçən il hər kəs “Qəbələ”nin çempion ola biləcəyinə inanırdı, bu il isə hətta ikinci yer tutacağınıza da şübhə ilə yanaşırlar...

- Həm turnir cədvəlindəki mövqeyimizə, həm də oyunumuza baxsaq, elə düşünənləri haqlı hesab edə bilərik. Bizi əsas sarsıdan evdə “Kəpəz”ə məğlubiyyətimiz oldu. O nəticə olmasaydı, bu gün heç kim siz dediyiniz kimi düşünə bilməzdi. Ancaq hələ çox oyun var qarşıda. “Qarabağ” da xal itirəcək, biz də çalışacağıq ki, xal itirməyək.

 

- Milli komanda haqqında nə düşünürsüz? Robert Prosineçkinin gedəcəyi gözlənilir...

- Robert tək mənim üçün deyil, bütün komanda üçün yaxşı məşqçi olub. Qalmasını istərdim, ancaq gedirsə, uğur arzulayıram.

0