[b]“Bu matç göstərdi ki...” – Fərhad Vəliyev[/b]
15.10.2017 - 00:15
[b]“Bu matç göstərdi ki...” – Fərhad Vəliyev[/b]

“Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev “Qəbələ” ilə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablayıb.

 

- Yaxşı oynasanız da, yekunda məğlub oldunuz...

- Komanda yaxşı təsir bağışladı. Son ana kimi təslim olmadıq. Bu oyun göstərdi ki, evdə istənilən rəqibə başağrısı ola bilərik. Axıra kimi yüksək yerlər uğrunda yarışacağıq.

 

- Meydanda belə göründü ki, fiziki baxımdan siz “Qəbələ”dən daha yaxşı vəziyyətdəsiniz...

- Mən ancaq öz komandamız haqqında danışa bilərəm. Kənardan baxanlar, mütəxəssislər də deyir ki, “Sumqayıt” fiziki cəhətdən yaxşı təsir bağışlayır. Oyun da onu göstərdi. “Qəbələ” futbolçuları yıxılırdılar, bəziləri vaxtı uzadırdı, onu özləri bilər.

 

- Qolda nə baş verdi?

- Təkbətək çıxanda, mən arxaya düşdüm, qabağa getmək istəyəndə də ayağım sürüşdü. Belə alındı.

 

- Əvəzləyicin olan Mehdi Cənnətov iki oyunda meydana çıxıb və mübahisəli qollar buraxıb. Həmişə də tənqid olunur. Onunla təcrübəli qapıçı kimi söhbət etmisən?

- Komandamıza yeni qoşulub. Pis qapıçı deyil. Düşünürəm ki, getdikcə özünü yaxşı tərəfdən göstərəcək. Hər qapıçının səhvi olur. Oynaya-oynaya aradan qaldıracaq.

 

- “Sumqayıt”ın hədəfi nədir?

- Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı. Sona qədər bunun uğrunda mübarizə aparacağıq.

 

- “Qarabağ” “Atletiko” ilə oyunda xal qazana bilər?

- Yaxşı oynayıb udmaq da olar.

0