[b]Milli üzvündən Fransada uğursuz debüt[/b]
15.10.2017 - 14:08
[b]Milli üzvündən Fransada uğursuz debüt[/b]

Qadın voleybolçular arasında Fransa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, I turun ikinci oyun günündə Azərbaycan millisinin hücumçusu Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venelles” də ilk matçına çıxıb.

 

Komanda startda “Paris”lə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş “Venelles”in 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb (29:31, 24:26, 21:25).

 

Qurbanova matçı 11 xalla başa vurub.

 

0