[b]“Qarabağ”ın rəqibində ciddi itki[/b]
15.10.2017 - 14:58
[b]“Qarabağ”ın rəqibində ciddi itki[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Roma” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “canavarlar”ın müdafiəçisi Kostas Manolas sıradan çıxıb.

 

O, İtaliya A seriyasının 8-ci turu çərçivəsində keçirilən “Napoli” ilə ev oyununda (0:1) zədələnib.

 

İtaliya mətbuatı yunan futbolçunun “Çelsi” ilə ÇL oyununda meydana çıxmayacağını yazıb.

 

Qeyd edək ki, “Çelsi” - “Roma” oyunu oktyabrın 18-də keçiriləcək.

0