[b]38 yaşlı qapıçı komanda yoldaşı ilə toqquşub öldü - VİDEO[/b]
15.10.2017 - 18:15
[b]38 yaşlı qapıçı komanda yoldaşı ilə toqquşub öldü - VİDEO[/b]

İndoneziyanın “Persela” klubunun qapıçısı Çoyrul Xuda vəfat edib. Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun matç zamanı komanda yoldaşı ilə toqquşması olub.

 

“Samen Padanq”la matçda müdafiəçi Ramon Rodrigeslə anlaşmazlıq nəticəsində başından ağır zədə alan “çərçivə qoruycusu” aparıldığı xəstəxanada vəfat edib.

 

Maraqlıdı ki, Xuda zədələnəndən sonra onu əvəzləyiblər və oyun davam edib.

0