[b]Yığma üzvü oynadı, komandası uduzdu[/b]
15.10.2017 - 18:43
[b]Yığma üzvü oynadı, komandası uduzdu[/b]

Almaniya II Bundesliqasında X tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” də növbəti oyununa çıxıb.

 

Aue təmsilçisi səfərdə “Fürt”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Nazarov 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 10 oyundan sonra aktivində 13 xal olan “Erzgebirge” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 

0