[b]Masallı cüdoçuları hər kəsi qabaqladı - FOTOSESSİYA[/b]
15.10.2017 - 21:21
[b]Masallı cüdoçuları hər kəsi qabaqladı - FOTOSESSİYA[/b]

Şirvan şəhərində yeniyetmə cüdoçular arasında regional birinciliyə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yarışda Masallı, Səlyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparırlar.

 

İlk gün 2003-2006-cı il təvəllüdlü kiçik yaşlı yeniyetmələr medallar uğrunda yarışıblar. Daha yaxşı nəticə göstərən Masallı cüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. Sonrakı yerləri Səlyan və Şirvan komandaları tutublar.

 

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub. Cənub bölgəsi üzrə regional birincilik sabah davam etdiriləcək.

0