[b]AZAL-dan “Səbail”ə qədər 183 gün[/b]
15.10.2017 - 23:00
[b]AZAL-dan “Səbail”ə qədər 183 gün[/b]

Azərbaycan Premyer Liqasının VIII turunun son matçında “Neftçi” “Səbail”lə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş “ağ-qaralar”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Uzun müddətdir uğursuz çıxış edən paytaxt təmsilçisi nəhayət böyükhesablı qələbəyə sevinə bilib. Belə ki, komanda sonuncu dəfə bu il aprelin 15-də AZAL üzərində 4 cavabsız qolla qələbə qazanmışdı.

 

“Neftçi” Premyer Liqanın debütantı üzərindəki qalibiyyət ilə 183 gün sonra azarkeşlərini darmadağınla sevindirib.

 

Qeyd edək ki, 8 oyundan sonra aktivində 7 xal olan Tərlan Əhmədovun komandası turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

0