[b]Prosineçkiyə daha bir təklif: Bu dəfə Türkiyədən[/b]
16.10.2017 - 09:53
[b]Prosineçkiyə daha bir təklif: Bu dəfə Türkiyədən[/b]

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki daha bir komandanın maraq dairəsinə düşüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis yenidən bu ölkədə çalışa bilər.


Belə ki, Ərsun Yanalla yollarını ayıran “Trabzonspor”un gündəmində olan mütəxəssislərdən biri də məhz Prosineçkidi. Mövsümə uğursuz start götürən Qara dəniz təmsilçisi Superliqanın VIII turunda “Akhisar”a biabırçı hesabla (1:6) məğlubiyyətdən sonra Yanalla vidalaşıb.

 

Dərhal axtarışa başlayan “bordo-mavililər”də baş məşqçi postuna 6 namizəd var. Bunlar Prosineçki ilə yanaşı, Fatih Terim, Rıza Çalımbay, Mustafa Reşit Akçay, Mişel Predom və Klod Pueldi. Türkiyə təmsilçisinin ilk hədəfi Predom və Prosineçkidi.

 

Qeyd edək ki, “Trabzonspor” 8 turdan sonra 9 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Millimizlə müqavilə müddəti bitmək üzrə olan Robert Prosineçki isə Bosniya və Herseqovina, həmçinin Sloveniya yığmasının gündəmindədi.

0