[b]Dani Kintana: Hamı "Qarabağ"la görüşə 3 xal üçün çıxır[/b]
16.10.2017 - 10:56
[b]Dani Kintana: Hamı "Qarabağ"la görüşə 3 xal üçün çıxır[/b]

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu “Atletiko”ya qarşı keçirəcək “Qarabağ”ın ispaniyalı futbolçuları – Miçel və Dani Kintana ölkələrinin mətbuatına müsahibə verib. Apasport.az saytı xəbər verir ki, AS nəşrinə danışan yarımmüdafiəçilər maraqlı fikirlər səsləndiriblər.

 

- Oktyabrın 18-də “Atletiko” ilə matça çıxacaqsız. Bu görüş sizin üçün xüsusi olacaq...

Miçel: Bəli, xüsusi matç olacaq. Bu görüşü bizim üçün hədiyyə hesab edirəm. “Atletiko” ilə görüşdən həzz almağa çalışacağıq. Öz ölkəmizin ən böyük klublarından birinə qarşı oynayacağıq. “Atletiko” zəngin tarixi olan klubdu. Onlarla qarşılaşdığımız üçün şadıq. “Atletiko” ilə oyunu səbirsizliklə gözləyirik.

Kintana: Çempionlar Liqasının qrup mərhələsinə düşmək hamımız üçün böyük mükafat oldu. Bu cür görüşlərdə iştirak etmək böyük stimuldu. “Atletiko” dünyanın ən yaxşı komandalarından biridi. Bu cür klubla Çempionlar Liqasında qarşılaşmaq möhtəşəm hissdi. Mən karyeram ərzində heç vaxt bu hissi keçirməmişəm.

 

- “Qarabağ” bu ilə qədər Avropa Liqasının qrup mərhələsində çıxış etmişdi. İndi isə Çempionlar Liqasının qrupunda yer almısız və Azərbaycan futbolu üçün ilkdi...

Kintana: Bəli, Avropa Liqasının qrup mərhələsində oynamışdıq. Amma heç vaxt İspaniya komandası ilə qarşılaşmamışdıq. Bu dəfə istədiyimiz oldu. Bilirik ki, “Qarabağ”ın ispan futbolçularına qarşı ölkəmizdə diqqət böyükdü. Ailəm “Atletiko” ilə ikinci matçı izləmək üçün Madridə yollanacaq. Məqsədimiz “Atletiko” kimi komandalarla qarşılaşa biləcəyimizi hər kəsə isbatlamaq idi.

 

- “Atletiko” ilə Bakıdakı matçınızın hansı hava şəraitində keçəcəyi gözlənilir?

Miçel: Dekabr olsaydı, hava soyuq keçə bilərdi, hətta qarın yağması da istisna deyildi. Amma indi elə deyil. Bakı çox küləkli şəhərdi. Amma stadionda bu o qədər də hiss olunmur. Hazırda havanın hərarəti yaxşıdı. “Atletiko” bu baxımdan problemlə üzləşməyəcək.

- İspaniyanın ən güclü klublarından biri ilə qarşılaşaqsız. Bu, ölkədə hiss olunurmu?

Kintana: Bəli, bu atmosfer hiss olunur. Stadion azarkeşlərlə tam dola bilər.

Bütün oyunlarda maksimum gücümüzü meydanda qoyuruq və fanatlarımız bunu bəyənirlər. Azərbaycan klubu ilk dəfədi ki, Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Startda bu cür komandalarla qarşılaşmaq azarkeşlərimizi daha da həvəsləndirir.

Miçel: “Atletiko” ilə görüşdü azərbaycanlılar üçün xoş bir oyundu. Matça böyük maraq olacaq, azarkeşlərimiz stadiona axışacaqlar. Yeri gəlmişkən, qarşılaşmanın keçəcəyi arena bizim üçün yeni məkandı. Federasiya həmin stadionda oynamağımıza icazə verdi. Tutumu 70 min nəfərlikdi. “Atletiko” azarkeşləri də bu arenanı çox bəyənəcəklər.

 

- “Atletiko”nun qələbəyə çox ehtiyacı var. Bunun “Qarabağ”ın xeyrinə və ya ziyanına olduğunu siz daha yaxşı bilərsiz...

Kintana: Qrup mərhələsində bizimlə qarşılaşan hər komanda meydana 3 xal üçün çıxır. Odu ki, dediyiniz məqamın həlledici olacağını düşünmürəm.

Miçel: Bu amilin “Atletiko”nu narahat etdiyini düşünmürəm. Rəqibimiz istənilən meydanda qələbə qazanmağa adət edib. Bizimlə görüşdən öncə də fikirlərini dəyişməyiblər. “Atletiko” Bakıya qələbə dalınca gələcək.

 

- “Roma” Bakıda 3 xal əldə etmək çox əziyyət çəkdi. “Atletiko” ilə qarşılaşmaq sizin üçün etalon sayıla bilərmi?

Kintana: “Roma” Bakıda çətin anlar yaşadı. 90 dəqiqə ərzində dayanmadan mübarizə apardıq və özümüzü pis tərəfdən göstərmədik. “Atletiko” ilə matç daha fərqli keçəcək. Bizi asan oyun gözləmədiyini bilirik. Çünki “Atletiko”nun heyəti güclüdü və bu komandada rəqabət yüksək səviyyədədi. Rəqib qələbə qazanmaq məcburiyyətindədi. Bəlkə də, biz bu məqamda istifadə edə bilək. Təbii ki, görüşün favoriti “Atletiko”du. Ancaq biz də yaxşı nəticəyə imza atacağıma dair ümidliyik.

Miçel: “Atletiko” çox aqressiv və yüksək tempdə oyun sərgiləyir. “Roma” ilə matçda vəziyyəti düzəltməyə çalışdıq. Qol vurduqdan sonra hesabı bərabərləşdirmək üçün cəhd etdik. Həmin qarşılaşmadan xalla ayrılmağa yaxın olsaq da, bunu bacarmadıq.

 

- Son illər “Atletiko” beynəlxalq arenada da özünü yaxşı tərəfdən göstərir. Azərbaycanda Madrid klubu haqda geniş məlumata sahibdilərmi?

Kintana: “Atletiko” aparıcı komandalardan biridi və Azərbaycanda çox yaxşı tanınır. İnsanlar televizor vasitəsilə bu klubun La Liqadakı matçlarını da izləyirlər. Həm biz, həm də azarkeşlərimiz “Atletiko” barədə hər şeyi bilirik. Rəqibin futbolçularını diqqətdə saxlamaq çox çətindi, çünki onlar həddindən artıq istedadlı, zövqvericidilər. Amma dediyim kimi, biz də bu görüşə böyük entuziazmla yanaşırıq. “Atletiko” son illərdə iki dəfə Çempionlar Liqasının finalına yüksəlib. Bu komandanı bütün dünya tanıyır.

 

 

0