[b]“Qarabağ”la oyun gələcəyimiz üçün həlledicidi"[/b]
16.10.2017 - 11:37
[b]“Qarabağ”la oyun gələcəyimiz üçün həlledicidi"[/b]

“Barselona” böyük klubdu, liderdi. Onlar güclü pressinq etdikdə asanlıqla qol vəziyyəti yarada bilirlər”. Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun yarımmüdafiəçisi Saul Niges deyib.

 

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi Bakı səfəri öncəsi İspaniya La Liqasının VIII turunda “Barselona” ilə heç-heçə edib – 1:1. Madrid klubunun heyətində yeganə qolun müəllifi olan Saul qələbəni əldən verdikləri üçün üzüldüklərini bildirib.

 

23 yaşlı orta sahə oyunçusu İspaniya mətbuatına açıqlamasında ikinci hissəni zəif keçirdiklərini etiraf edib: “Barselona” elə komandadı ki, onlara qarşı oyunda ələ düşən imkanlardan yararlanmaq lazımdı. Birinci hissədə planımız yaxşı keçdi, qol vəziyyətləri yaratdıq. Ancaq ikinci hissədə geri qaldıq və səhvlər buraxmağa başladıq. Yeni stadionumuzda qol vurmaq istəyirdim. Bu arzuma çatdığım üçün də sevinirəm”.

 

İspaniya millisinin üzvü “Qarabağ”la keçiriləcək matça da toxunub. O, Bakıdakı qarşılaşmanı özləri üçün həlledici hesab edir: “Barselona” ilə oyunu artıq unutmalı və beynimizi təmizləməliyik. Çünki Çempionlar Liqasında növbəti matça çıxacağıq. “Qarabağ”la qarşılaşma bizim üçün böyük önəm kəsb edir. İlk iki görüşdə heç-heçə etdiyimizdən, artıq xal itirmək haqqımız qalmayıb. Azərbaycan səfərindən mütləq 3 xalla dönməliyik. Bu, komandamızın gələcəyi üçün həlledici oyundu”.

 

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

0