[b]Əliyar Ağayev “Real Sosyedad”ın oyununa təyinat aldı[/b]
16.10.2017 - 11:45
[b]Əliyar Ağayev “Real Sosyedad”ın oyununa təyinat aldı[/b]

Azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz L qrupunun oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) qarşılaşmasını idarə edəcək.

 

Oyunun yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Dördüncü hakim qismində Mübariz Haşımov təmsil olunacaq. 

 

0