Teymur Rəcəbov Qran-Pri turnirində növbəti qələbəsini dünya kubokunun qalibi üzərində reallaşdırıb
30.04.2008 - 18:26
Teymur Rəcəbov Qran-Pri turnirində növbəti qələbəsini dünya kubokunun qalibi üzərində reallaşdırıb
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda təşkil olunan Qran-Pri turnirinin IX turu çərçivəsində qələbə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı beynəlxalq qrossmeysterimiz dünya kubokunun qalibi Qata Kamskini (ABŞ) məğlub edib. Ağ fiqurlarla oynayan T.Rəcəbov rəqibini 44-cü gedişdə təslim olmağa məcbur edib. Bu qələbədən sonra həmyerlimiz xallarının sayını 5-ə çatdırıb.
0