[b]“Çelsi”nin hücumçusu qayıtdı[/b]
16.10.2017 - 12:06
[b]“Çelsi”nin hücumçusu qayıtdı[/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Çelsi”nin hücumçusu Alvaro Morata sıraya dönüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ispaniyalı forvard artıq məşqlərə başlayıb.

 

İngiltərə Premyer Liqasının VII turunda “Mançester Siti” (0:1) ilə qarşılaşmanın 35-ci dəqiqəsində zədələnərək əvəzlənən ulduz futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Lakin Çempionlar Liqasının III turunda “Roma” ilə keçiriləcək qarşılaşma öncəsi 24 yaşlı oyunçu kollektivlə birlikdə məşqdə iştirak edib. Onun İtaliya klubu ilə görüşdə heyətə salınması gözlənilir.

 

Qeyd edək ki, “Çelsi” – “Roma” matçı oktyabrın 18-də baş tutacaq.

0