SİZİN REKLAM BURADA

Yığmamız “115”lə “115”ə düşdü - yeni reytinq cədvəli

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə ciddi dəyişikliklər olub.

 

Bu dəyişikliklərə səbəb DÇ-2018-in oktyabrda baş tutan seçmə oyunlarıdı.

 

Azərbaycan millisi 23 pillə geriləyib. Sentyabrda 92-ci olan Robert Prosineçkinin yetirmələri 115-ci pilləyə yuvarlanıb. Yığmamızın uçuruma düşməsi ciddi xal itkisindən irəli gəlib. Sentyabrda aktivində 388 xal olan milli indi cəmi 273 xala malikdi. İtirilən 115 xal da 23 pilləlik enişi qaçılmaz edib.

 

Belə uğursuzluq evdə Çexiyaya 1:2, səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzmağımızla bağlıdı. İki yenilgi ilk “yüzlük”dən kənar qalmağımızla nəticələnib.

 

Millimiz və “qonşular”ı

111 (108). Mozambik – 299

112 (128). Yəmən – 297

113 (110). İordaniya – 281

114 (136). Türkmənistan - 279

115 (92). Azərbaycan – 273

116 (123). Filippin – 272

117 (116). Malavi – 271

118 (118). Ruanda – 268

119 (127). Mərkəzi Afrika Respublikası – 266

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. İsveçrə və Kolumbiya buranı tərk edib. İspaniya “Top-10”a qayıdıb. Peru da gözlənilmədən nəhənglərə qoşulub.

 

İlk “onluq”

1 (1). Almaniya – 1631

2 (2). Braziliya – 1619

3 (3). Portuqaliya – 1446

4 (4). Argentina – 1445

5 (5). Belçika – 1333

6 (6). Polşa - 1323

7 (8). Fransa – 1226

8 (11). İspaniya - 1218

9 (9). Çili – 1173

10 (12). Peru - 1160

 

Millimizin DÇ-2018-in artıq başa çatan seçmə mərhələsindəki rəqiblərindən yalnız Almaniya və San Marinonun mövqeyi təxmini siyahıda da dəyişməzdi. Şimali İrlandiya 3 pillə geriləyibsə, Norveç 15, Çexiya 12 pillə irəliləyib.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

1 (1). Almaniya – 1631

23 (20). Şimali İrlandiya - 889

46 (58). Çexiya - 699

58 (73). Norveç - 620

204 (204). San-Marino – 10

 

Qeyd edək ki, qonşu Türkiyə yığması 27-ci yerdən 33-cüyə yuvarlanıb. “Ay-ulduzlular”ın 807 xalı var.

 

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10