[b]Oynama, qazan![/b]
16.10.2017 - 13:57
[b]Oynama, qazan![/b]

Azərbaycan millisinin FİFA reytinqindəki noyabr perspektivi bəlli olub. Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan siyahıda 273 xalla dünyanın 115-cisi olan komandamız indiki vəziyyətə əsasən noyabrda hər hansı qarşılaşma keçirməyəcək.

 

Rəqib tapmaqda çətinlik çəkən yığmamız meydana çıxmasa, bu məqam millinin lehinə işləyəcək. Belə ki, komandamız noyabrın 23-də açıqlanan reytinqdə oynamadan irəli düşmək imkanına malikdi.

 

Yığma heç bir oyun keçirməsə, hesabına 8 xal əlavə edəcək. Hesabımızdakı xalın 281-ə çatması isə 1-2 pillə irəliləyiş vəd edir.

 

Cüzi qazanc yoxlama oyunu təşkil ediləcəyi halda dəyişə də bilər. Əgər AFFA milliyə rəqib tapsa, noyabrdakı yoxlama oyununun nəticəsi aktivimizdəki xalı həm artıra, həm də azalda bilər. Bu, həmin qarşılaşmanın nəticəsindən asılı olacaq.

0