[b]“Ekvator xətti”ni kim öndə keçəcək?[/b]
16.10.2017 - 14:42
[b]“Ekvator xətti”ni kim öndə keçəcək?[/b]

Sabah Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti oyunlarında qüvvəsini sınayacaq.

 

İki gün davam edən turun ilk günündə bütün qarşılaşmalar eyni vaxtda başlayacaq. E qrupunun favoritləti “Liverpul”la “Sevilya” səfər sınağına çıxacaq. Sonuncular Moskvada “Spartak”ın heç-heçə seriyasını dayandırmaq üçün mübarizə aparacaq. İlk qələbə arzusunda olan “Liverpul” isə qrupun autsayderi “Maribor”u xalsız qoymalıdı.

 

D qrupunun lideri “Mançester Siti” əsas rəqibi “Napoli” ilə qarşılaşacaq. İngiltərə klubu “ekvator xətti”nə 100 faizlik nəticə ilə çatmaq üçün ev oyununda da qalib gəlməlidi. İtaliyalılar isə liderdən uzaq düşməmək üçün səfər xalına ehtiyacı var. Neapolluların büdrəməsi Hollandiyada görüşəcək rəqiblərə sərf edəcək. Çünki “Şaxtyor” 2-ci pillədə möhkəmlənmək, “Feyenoord” bu mövqeyə yiyələnmək şansına malikdi.

 

Azərbaycanda da kifayət qədər azarkeşi olan “Beşiktaş” səfərdə “Monako” ilə görüşəcək. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də itkisiz keçməyə köklənib. Qazanılacaq qələbə istanbulluları 1/8 finala daha da yaxınlaşdıracaq. Təbii ki, G qrupunda keçiriləcək digər matçın nəticəsi də “Beşiktaş” üçün əhəmiyyət daşıyır. Həmin matçda “Leypsiq” “Porto”nu qəbul edəcək.

 

İlk oyun gününün mərkəzi qarşılaşması H qrupunda baş tutacaq. İlk iki görüşdə qələbələri sıralayan “Real”la “Tottenhem” Madriddə görüşəcək. Qalib gələn komanda dövrəni vahid lider kimi tamamlayacaq. Qrupun autsayderləri “Borussiya” və APOEL isə Kiprdə üz-üzə gələcək. Hər iki komanda ilk xal üçün mübarizə aparacaq. Bu görüşdəki məğlubiyyət 1/8 final şanslarını minimuma salacaq.

 

İkinci oyun gününə Bakıda start veriləcək. Turun saat baxımından daha tez başlayan yeganə oyunda Azərbaycan çempionu “Qarabağ” ikinci ev matçına çıxacaq. Qrupda xala həsrət qalan təmsilçimiz turnir cədvəlindəki qonşusu “Atletiko”nu qəbul edəcək. Qurban Qurbanovun yetirmələri 3-cü pilləyə yüksəlmək üçün mütləq qalib gəlməlidi. Madridlilər isə işini çətinə salmamaq üçün itkidən qaçmağa çalışacaq. “Çelsi” və “Roma” arasında Londondakı görüşü C qrupunun liderlərinin dueli saymaq olar. Bu görüş “ekvator xətti”ni kimin öndə keçəcəyinə aydınlıq gətirəcək.

 

A qrupunun lideri “Mançester Yunayted” Portuqaliyada “Benfika”nın qonağı olacaq. Joze Mourinyo vətəninə növbəti səfərində də yetirmələrinin qələbəsinə şahid olmaq arzusundadı. Lissabonlular hələ xal qazanmadığından bu görüş onlar üçün çox önəmlidi. Qrupun digər oyununda ikinci yerin şərikləri MOİK və “Bazel” görüşəcək.

 

Məhsuldar oyunu ilə göz oxşayan PSJ bu dəfə Belçikaya səfər edəcək. Fransa təmsilçisi “Anderlext”lə qarşılaşmada da qələbə seriyasını davam etdirməyə köklənib. Məhz parislilərə məğlubiyyətdən sonra baş məşqçi dəyişikliyini gerçəkləşdirən “Bavariya” Yupp Haynkesin dönüşündən sonra ilk avrokubok sınağına evdə çıxacaq. B qrupunda ilk iki yerdən birinə iddialı olan münhenlilər “Seltik”i qəbul edəcək.

 

D qrupunun favoritləri ilk dövrəni ev oyunu ilə başa vuracaq. Ardıcıl 3-cü qələbəyə can atan “Barselona” qrupun autsayderi “Olimpiakos”u qəbul edəcək. 2-ci pillədə qərarlaşan “Sportinq”i sınağa çəkəcək “Yuventus” isə liderin izləyicisinə çevrilmək iddiasındadı. Turinlilər bunun üçün doğma azarkeşləri önündə qalib gəlməlidi.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

 

17 oktyabr

 

E qrupu

22:45. “Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə)

22:45. “Spartak” (Rusiya) - “Sevilya” (İspaniya)

 

1.

Sevilya

2

1

1

0

5-2

4

2.

Liverpul

2

0

2

0

3-3

2

3.

Spartak

2

0

2

0

2-2

2

4.

Maribor

2

0

1

1

1-4

1

 

 F qrupu

22:45. “Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna)

22:45. “Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya)

 

1.

Mançester Siti

2

2

0

0

6-0

6

2.

Şaxtyor

2

1

0

1

2-3

3

3.

Napoli

2

1

0

1

4-3

3

4.

Feyenoord

2

0

0

2

1-7

0

  

G qrupu

22:45. “Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya)

22:45. “Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə)

 

1.

Beşiktaş

2

2

0

0

5-1

6

2.

Porto

2

1

0

1

4-3

3

3.

Leypziq

2

0

1

1

1-3

1

4.

Monako

2

0

1

1

1-4

1

 

H qrupu

22:45. “Real” (İspaniya) - “Tottenhem” (İngiltərə)

22:45. APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya)

 

1.

Tottenhem

2

2

0

0

6-1

6

2.

Real

2

2

0

0

6-1

6

3.

Borussiya D.

2

0

0

2

2-6

0

4.

APOEL

2

0

0

2

0-6

0

 

18 oktyabr

 

A qrupu

22:45. “Benfika” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə)

22:45. MOİK (Rusiya) - “Bazel” (İsveçrə)

 

1.

Mançester Yunayted

2

2

0

0

7-1

6

2.

Bazel

2

1

0

1

5-3

3

3.

MOİK

2

1

0

1

3-5

3

4.

Benfika

2

0

0

2

1-7

0

  

B qrupu

22:45. “Anderlext” (Belçika) – PSJ (Fransa)

22:45. “Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya)

 

1.

PSJ

2

2

0

0

8-0

6

2.

Bavariya

2

1

0

1

3-3

3

3.

Seltik

2

1

0

1

3-5

3

4.

Anderlext

2

0

0

2

0-6

0

 

C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) - “Atletiko” (İspaniya)

22:45. “Çelsi” (İngiltərə) - “Roma” (İtaliya)

 

1.

Çelsi

2

2

0

0

8-1

6

2.

Roma

2

1

1

0

2-1

4

3.

Atletiko

2

0

1

1

1-2

1

4.

Qarabağ

2

0

0

2

1-8

0

 

D qrupu

22:45. “Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya) 

22:45. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan)

 

1.

Barselona

2

2

0

0

4-0

6

2.

Sportinq

2

1

0

1

3-3

3

3.

Yuventus

2

1

0

1

2-3

3

4.

Olimpiakos

2

0

0

2

2-5

0

 

0