[b]Rauf Əliyevdən ardıcıl 2-ci qol[/b]
16.10.2017 - 18:22
Albaniya Super Liqasında VI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Rauf Əliyevin komandası “Kukesi” bu gün “Teuta”nı qəbul edib.
Ötən turda siftə edən forvard yenə meydanı qolsuz tərk etməyib. Belə ki, “Kukesi”nin 4:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada son nöqtəni 90+4-cü dəqiqədə məhz Əliyev qoyub.
Qeyd edək ki, “Kukesi” 6 turdan sonra 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.
0
0