[b]Premyer Liqa klubu satışa çıxarıldı[/b]
16.10.2017 - 21:05
[b]Premyer Liqa klubu satışa çıxarıldı[/b]

İngiltərə Premyer Liqa təmsilçisi “Nyukasl” satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

Bildirilib ki, Premyer Liqanın ən qədim sakinlərindən biri olan komanda parlaq və uğurlu bir gələcək üçün dəqiq bir plana və yola ehtiyac duyur və bu səbəbdən sahibi Mayk Eşli tərəfindən satışa çıxarılıb.

 

Satışın şərtləri və maliyyə tərəfi haqqında xəbər verilməsə də, satışın il sonuna qədər reallaşması planlaşdırılıb.

 

Qeyd edək ki, 124 illik tarixi olan “Nyukasl” 2008/09 mövsümündə Premyer Liqanı tərk etmiş, ötən mövsüm isə “Çempionşip”də çempion olaraq yenidən yüksək dəstəyə qayıtmışdı.

0