[b]DÇ-2018: Pley-off mərhələsinin püşkü atıldı[/b]
17.10.2017 - 16:12
[b]DÇ-2018: Pley-off mərhələsinin püşkü atıldı[/b]

Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyıb.

 

İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə 8 komanda 4 cütlük təşkil edib.

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası üzrə pley-off oyunları


Şimali İrlandiya - İsveçrə

Xorvatiya - Yunanıstan

Danimarka - İrlandiya

İsveç - İtaliya

 

Qeyd edək ki, pley-offun ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.

0