SİZİN REKLAM BURADA

“Qarabağ”ı təzyiq altında saxlamalıyıq”

“Qarabağ”la oyun asan olmayacaq. Buna baxmayaraq, öz yolumuzla davam etməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun yarımmüdafiəçisi Tomas Partey deyib.

 

Madrid təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la oyun üçün dünən Bakıya gəlib. Səfər öncəsi Madrid hava limanında klubun rəsmi saytına açıqlama verən qanalı orta sahə oyunçusu uzun yoldan şikayətlənib.

 

Buna baxmayaraq, 24 yaşlı futbolçu məqsədlərinin qələbə olduğunu söyləyib: “Çoxlu qollar vurub, zəfərlər qazanmaq istəyirik. Bakı səfəri zamanı uzun yol qət etməli olacağıq. Belə səfərdən sonra yaxşı oyuna uyğunlaşmaq lazım gəlir. Xırda detallar qələbənin açarıdı. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməli, həmişəki kimi rəqibi təzyiq altında saxlamalı və hədəfə çatmaq üçün hücumlar etməliyik”.

 

Partey Bakıdakı qarşılaşmada meydana çıxmağa hazır olduğunu vurğulayıb: “Özümü yaxşı hiss edirəm, rəqabətə hazıram. Məqsədim həm “Qarabağ”la görüşdə, həm də cari mövsümün bundan sonrakı hissəsində daha çox oynamaq şansı əldə etməkdi”.

 

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” matçı saat 20:00-da start götürəcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10